Prezident İlham Əliyev "Peşə təhsili haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.