Tarixin başlanğıcında insan cəmiyyətləri yüz min illərlə dəyişmədi. Yaşamaq üçün lazım olan biliklərəaz idi. Bilgi təcrübədən yaranırdı, təcrübə yaşla toplanırdı. Qəbilənin ən yaşlıları həm də ən bilgili insanlar sayılırdı. Bu yaşlılar mövsümlərin dəyişməsinə, təbiət hadisələrinə, ov heyvanlarına, ibtidai tibbə, mərasimlərin keçirilməsinə və alət hazırlamağa dair bilikləri və hakimiyyəti əllərində saxlayırdılar.

Yaşlılarəixtiyar sahibləri idilər. İbtidai cəmiyyətlərdə ixtiyar - yaşlı olmaq, qərar verə bilmək deməkdir. Deməli, ibtidai cəmiyyətlər qaçılmaz olaraq qocalar tərəfindən idarə olunan cəmiyyətlərdir, status-kvonun qorunması cəmiyyəti idarə edənlərin əsas məqsədidir. Burada iqtisadiyyat, siyasət və din əl-ələ verirdi. Fərqlilik arzuolunmaz idi. Ən kiçik fərqlilik qəbilənin başçılarına - yaşlılara, qərar verənlərə təhlükə sayılırdı. Məhz bu səbəbdən ixtiyar sahibləri - yaşlılar təhlükənin qarşısını almaq üçün fərqlilərin, gələcəkdə dəyişiklik edə biləcək fərdlərin qurban kəsilməsinə çalışırdılar. Öz hakimiyyətlərini qorumaq, təhlükənin qarşısını almaq naminə fərqliləri qurban kəsərkən, buna asanlıqla tayfanın məqsədlərini qorumaq adı verilirdi.

Qurban seçilən fərqli fərd bu mərasimə qarşı dayanmaqda, onun qurban seçilməsinin əsl səbəbini adamlara başa salamağa özündə güc tapa bilməzdi. Əks halda onlar bütün tayfanın, qəbilənin qəzəbinə tuş gələ bilərdilər. Çünki bütün peyda olan, peyda olacaq bəlaların onlara, fərqli fərdlərə görə baş ver-diyinə adamlar şəksiz inanırdılar. Adamlar düşünürdülər ki, qocalar tayfanı təhlükələrdən qoryur, bilə bilməzdilər ki, qocalar əslində, öz hakimiyyətlərini qoruyurlar. Qocaların kimi qurban seçməsinin əsl səbəbi çox vaxt gizli qalırdı. Bilənlər isə susmağa məcbur idilər.


Əgər diqqətlə fikir versəniz, bizim ölkəmizdə də eyni proseslərin baş verdiyini görərsiniz. Fərqli fərdlərə mason, gey, alkaş, agent adı qoyulur, cəmiyyət üçün qorxulu sayılan bu adlarla onları gözdən salmağa, acından öldürməyə, dəli etməyə çalışırlar. Təəssüflər olsun ki, cəmiyyətin müxtəlif təbəqələri istər-istəməz, bilərəkdən və ya bilməyərəkdənəbu prosesdə canfəşanlıqla iştirak edir. Kimisi paxıllıqdan fərdləri gözü götürmür, kimisə isə doğurdan da düşünür ki, bu fərqlilər milləti məhv etmək istəyirlər. Bəziləri isə doqmatik düşündüklərindən qocaların tərəfdarına çevrilirlər. Çünki doğmalar qocaların dostu və tərəfdarı, fərdlər isə qocaların düşmənləridir.

Hakimiyyətdə yüksək mövqe tutan vəzifəlilərindən biri müsahibəsində açıq-aşkar demişdi: "Azərbaycan xalqının mentaliteti bizim onları idarə etməyimizi asanlaşdırır".

Sözün doğrusu, bu, ifrat səmimiyyətə dəhşətli dərəcədə mat qalmışdım.

Bizim ölkəmizdə qocaların bütün sahələrdə ixtiyar sahibi olmaları, hakimiyyətə yiyələnmələri ibtidai cəmiyyət olduğumuzun göstəricisi idi.

Parlamentdə oturan deputatların böyük əksəriyyəti qocalardı. Yaşca cavanların isə təfəkkür baxımından qocalardan heç bir fərqi yoxdu. Üstəlik, bu insanlar bir yox, bir neçə vəzifəni "işğal" ediblər. Onlar öz kürsülərini yalnız ölərkən tərk edirlər. Bu zaman isə onun yerini növbədə dayanan başqa bir qoca tutur.

Nazirlərin, nazir müavinlərinin də çoxu qocadı. Kibernetika İnstitutu direktorunun yaşı kibernetikanın yaşından çoxdu.

Siyasi partiyalarda da qocalar oturublar. Onların ətrafındakı gənclər isə təfəkkür baxımından bu qoca kişilərdən daha qocadırlar.

24 ildir bir qoca kişi Yazıçılar Birliyi adında bir bədnam təşkilatın sərdi vəzifəsində oturubdur. Bu qoca kişiyə qarşı çıxdıqda adamlar, hətta ölkədə dəyişiklik etmək istəyənlər, siyasi müxalifətin nümayəndələri, müxalifət partiyalarının liderləri, müxalifyönümlü yazarlar, hətta müxalifətin prezident seçkisində vahid namizədi də daxil olmaqla, xorla deyirlər: "Bəs, o, getsə, yerinə kim gələcək"?

Bu sualla adamlar özləri də bilmədən öz köləliklərini nümayiş etdirirlər. Qətiyyətlə demək olar ki, Azərbaycanda sağ-sol, müxalifət-iqtidar, dindar-ateist cəbhələri mövcud deyil. Bu, süni bir görüntüdü.

Azərbaycanda AzTV təfəkkürü var. Bu təfəkkür, əslində, qocalar hakimiyyətinin sinonimi deməkdir. Cəmiyyətimizdə insanlar dəfələrlə istər-istəməz AzTV təfəkküründən "qazlanaraq", güclü həmrəylik nümayiş etdiriblər.

Sonuncu dəfə Azərbaycan cəmiyyəti sağ-sol, dindar-ateist, müxalifət-iqtidar demədən Ramil Səfərovun baltası ətrafında birləşmişdilər. Dolma, xalça, dırnaqarası Azərbaycan həqiqətləri, doqquz iqlim, tar-kamança, qoyun-quzu və tərəkəmə mədəniyyəti, göysatan və balıqsatan fəlsəfəsi, muğam kimi anla-yışlar ətrafında ölkə vətəndaşlarının, ümumilikdə 50 milyon azərbaycanlıların zaman-zaman, lazım və yeri gələndə həmrəylik nümayiş ertdirməsiəölkədə yalnız bir dinin - AzTV dininin, bir ideologiyanın - AzTV ideologiyasının, bir təfəkkürün - AzTV təfəkkürünün mövcud olduğunu sübuta yetirmişdir.

Qocalarədünyasınaədaxil olmaq üçün bir gəncin yaş və təffəkkürcə qocaldığına tam əmin olmaq lazım-dır. Avropada da bir zaman belə idi. Gənclər cəmiyyətdə yer, mövqe, vəzifə tutmaq üçün vaxtından əvvəl qocalmağa çalışırdılar. Onlar qəsdən ləng hərəkət edir, saçlarının tökülməsinə, üzlərinin qırışmasına, kökəlmələrinə sevinirdilər. Başqa cür cəmiyyətdə mövqe qazanmaq qeyri-mümkün idi. Bütün mümkün vasitələrlə qocaların hakimiyyətini qeyri-şərtsiz qəbul etmək lazım gəlirdi.

Napoleonun fırtına qoparması Avropada gəncləşməyə xeyli şərait yaratdı. Gənc bir insanın böyük nailiyyətlər əldə etməsi gəncləri həvəsləndirdi və gənclərdə öz güclərini həyatın müxtəlif sahələrində sınamaq həvəsi oyatdı.
Təəssüflər olsun ki, bizim ölkədə mövqe qazanmaq üçün vaxtından əvvəl qocalmağa böyük ehtiyac var. Hakimiyyətdə olan qocaların etimadını başqa cür qazanmaq mümkün deyil. Sən qoca kimi düşün-məli, qocaların din, təbiət, mətbəxt, dünya haqqında fikirlərini heç düşünmədən, analiz etmədən tutuquşu kimi təkrar etməlisən. Əks halda, böyük bir qoca ordusunun, qocaların etimadını qazanmaq üçün özünü qəsdən vaxtsız qocaltmış saysız-hesabsız kölələrin təzyiqi ilə üzləşəcəksən. Ölkəmizdə həyatın hər bir sahəsində vəziyyət belədir. Ailədə, idarələrdə, siyasi partiyalarda... Əgər tayfanın qocalarına qarşı çıxmaq istəsən, mütləq "iqtisadi sanksiya"larla üzləşməli olacaqsan. Bir çox gənclər isə ev, maşın, pul şansını itirməmək üçün vaxtından əvvəl qocalmaları ilə razılaşırlar.


Bundan əlavə, müqavimət göstərə bilmədiklərini anladıqları üçün üsyankar fərdlərə də istər-istəməz nifrət edirlər, öz köləliklərini başqalarına düzgün həyat yolu kimi izah etməyə çalışırlar. Bizim qocaların əxlaq, öyüd-nəsihət adlandırdıqları, əslində, köləlik haqqında təlimatlardır. "Palaza bürün, elnən sü-rün", "Ağa deyir, sür dərəyə, sür dərəyə", "Hökumətlə hökumətlik etmək olmaz",- kimi atalar sözləri, əslində, rəsmən köləlik haqqında təlimatların başlıca bəndlərini təşkil edir.

Bəzən bu qocalar öz mövqelərini əsaslandırmaq, üsyankar fərdləri tərkisilah etmək üçün "problem hər yerdə var", "heç nə dəyişməyəcək", "həmişə belə olub, belə də olacaq", "biz demokratiyaya hazır deyilik",- kimi sözlərdən də istifadə edirlər.

Əlbəttə, problem hər yerdə var. Bunu heç kim inkar etmir. Sadəcə, problemdən problemə də fərq var. Biri var beş dəqiqəyə almalı olduğun sənədi almaq üçün axmaq bir idarədə beş saat qapı ağzında dayanırsan, rüşvət verirsən, alçalırsan, qohum, tanış, dost axtarırsan, kiminsə yanında gözükölgəli olursan, biri də var ki, qlobal istiləşməni, yaşıllıqların, meşələrin azalmasını, böyük həcmli avtomobillərin ekologiyaya vurduğu zərəriəbir problem kimi müzakirə edirsən.


Bəli, vağzal hər yerdə vağzaldı. Bununla belə, Bakı vağzalı ilə Moskva vağzalı, Moskva vağzalı ilə Berlin vağzalı arasındakı fərqi də heç kim inkar edə bilməz. Əgər inkar edirsə, deməli, öz köləliyini əsaslandırmaq üçün bəhanələr axtarır.

Qocaların hakimiyyətdə olduqlarıəcəmiyyətlər həm də nəzarət cəmiyyətləridir, Corc Orvellin "Böyük qardaş"ı həm də yaşlıdır. Belə cəmiyyətlər yeniyetməlikdən birbaşa qocalığa keçir, insan həyatının ən məhsuldar dövrü olan gənclik və orta yaş dövrünü yaşamırlar. Nəticədə insanları pessimist, etimad duyğusundan uzaq, dözümsüz-doyumsuz olurlar. Ölkə,ədəyişikliyə ciddi əngəl törədən mənasız və lazımsız ənənələri qorumaq üçün ciddi insan potensialından məhrum edilir. Qocalar ənənələri, ənənələr onları dəstəkləyir, nəticədə cəmiyyət reallaşmamış, "baş tutmamış", kompleksli insanlar yığınına çevrilir. SSRİ-nin dağılmasına çox səbəb tapmaq olar. SSRİ-nin dağılmasına gətirən ən başlıca səbəblərdən biri qocaların hakimiyyəti tam işğal etməsi idi: Politbüro üzvlərinin yaş ortamaları 1952-ci ildə 55, 1964-cü il-də 61 1980-ci ildə 70 idi.

Qocaların hakimiyyətdə olduğu cəmiyyətlər bürokratik, ənənəvi, düzxətli, zaman anlayışının olmadığı, insanların Godonu gözlədiyi cəmiyyətlərdir. İstər sol, istər sağ və dindar qocaların hakimiyyətdə olduğu cəmiyyətlər aralarında yüzillərin, əsrlərin məsafəsiəolduğu ideologiya, ya da din qurucularına bağlanıb qalırlar.
Qocaların hakimiyyətdə olduğu cəmiyyətlərdə orta yaş olmur, yuxarıya doğru sosial hərəkətlilik mexanizmi işləmir. Halbuki təbiət və cəmiyyət müxtəliflik tərəfdarıdır, monotonluq müxtəlifliyi, çox rəngliliyi boğur. İrəliləmə, inkişaf, yaradıcılıq, cəmiyyətdə həqiqi iştirak ancaq plüralist cəmiyyətlərdə mövcuddur, ancaq belə cəmiyyətlərdə təbii seçmə ən "qocalar"ı deyil, ən qabiliyyətliləri seçir.

Qocaların hakimiyyətdə olduğuəcəmiyyətlər zorakı cəmiyyətlərdir, əngəllənmiş duyğuların və arzuların, özünü reallaşdırmamış insanların cəmiyyətidir. Belə cəmiyyətlərdə insanın arzuları ən azı beşikdəcə boğulur. İnsanın öz fikri, seçmək, bəyənməmək, imtina etmək azadlığı məhv edilir. İnsanın öz ideyalarını həyata keçirmək, özünü reallaşdırmaq, yaradıcılıq nümayiş etdirmək istəyinin qarşısı müxtəlif cəzalarla alınır.

Taqorun təbirincə desəm, o yerdə ki insanın nə yeməsi, nə içməsi, necə geyinməsi cəzalarla tətbiq olunur, cəzalarla müəyyən edilir, orda heç bir insan ləyaqətindən söhbət gədə bilməz.

İnsan həyatla əlaqədar qərarları özü vermək istəyir. Lakin qocaların hakimiyyətdə olduğu cəmiyyətlərdə bu, mümkün olmur, ta o yaşa qədər ki artıq insanın sabit fikirləri, doğmaları qəbul etməkdən başqa çarəsi qalmır. O vaxta qədər ki, fərd artıq sistem üçün lazımınca "köhnəlir", özünəməxsusluğu qalmır və təhlükəsiz, ruhsuz, bir varlığa, daha dəqiqi, köləyə çevrilir.

Dünya sürətlə dəyişir. Dəyişmə sürəti dayanmadan artır. Bu dəyişikliyin müsbət və mənfi dinamikasını doğru analiz edənlər zamana ayaq uydurur, anlamayanlar müxtəlif konspirasiya nəzəriyyələri ilə özlərini ovundururlar, cürbəcür divarlar çəkib zamanı dayandırmağa cəhd edirlər. Ancaq bu divarlar çox da dayanıqlı olmur, mütləq aşır - bəzən gec, bəzən tez.

Müasir insan fərd olduğunu dərk etdikcə fürsət bərabərliyi və ona aid proseslərdə söz haqqına sahib olma tələbi ilə çıxış edir. Əgər yaşadığı coğrafiyada bu dəyərlər yerləşmirsə, miqrasiya edir. Xalqların böyük köçü fərdlərin böyük köçü ilə əvəz olunur.

Dünyada ən çətin proseslərdən biri insan yetişdirməkdi. Müasir avadanlıqlarla təhciz olunmuş dioqnostika mərkəzləri, müasir məktəblər tikmək asandı. Pul verib tikdirirsən. Pul verib avadanlıqları alırsan. Lakin bu avadanlıqlardan düzgün istifadə etməyi bacaran mütəxəssisləri, müasir məktəblərdə dərs dəyəcək müasir təfəkkürlü müəllimləri yetişdirə bilmirsənsə, müasir dioqnostika mərkəzləri, müasir məktəblər də heç bir işə yaramayacaq.

Azadlıqların tanınmadığı, qocaların hakimiyyətdə olduğu cəmiyyətlər ən ağıllı, ən intellektli insanlarını itirirlər. Azadlıqları tanıyan cəmiyyətlər isə dayandıqları yerdə ən intellektliəvə yaradıcı adamlara sahib çıxırlar. Dayandıqları yerdə yaradıcı, intellektli adamları qazanırlar. Biz bədbəxtlərə isə Avropada, Amerikada hər hansı sahədə - elmdə, ədəbiyyatda, rəssamlıqda, kinoda uğur qazanmış adamların azərbaycanlı və yaxud müsəlman, şərqli olması ilə fəxr etməkdən savayı bir şey qalmır. Necə də aciz, necə bir miskin bir təsəlli.

Azadlıq dünyanın ən böyük nemətidi. Əgər belə olmasaydı, bəşər tarixinin ən müxtəlif dövrlərində ən ağıllı, ən dərin insanlar bu azadlığı əldə etmək, azadlıqlarını qorumaq naminə dar ağacından asılmazdılar, sürgün olunmazdılar. Boyunları vurulmazdı, güllələnməzdilər. Öz azadlıqlarını qorumaq naminə intihar etməzdilər. Əgər azadlıq dünyanın ən böyük neməti olmasaydı, bəşəriyyətin ən dərin, ən intellektli, ən kamil insanları tərəfindən azadlıq haqqında minlərlə əsər yazılmazdı, minlərlə film çəkilməzdi...

P.S. Yazıda S.Sveyqin "Dünənin dünyası", Qriqoriy Çxartişvilinin "Yazıçı və intihar" əsərlərindən və Yalçın İslamzadənin "Göydən yerə" məqalələr toplusundan istifadə edilmişdir.