Türkiyənin Təl-Əvivdəki səfiri Ankaraya çağırılıb
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi paylaşımedib.
Bildirilib ki, səfir Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya çağırılıb: “İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumları davam etdirməsi, humanitar yardımların fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Qəzzada yaşanan humanitar faciəni nəzərə alaraq, Tel-Əviv səfirimiz Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya çağırılmasına qərar verilib".
Lamiyə Əhmədli
MİA.AZ