Xəbər verdiyimiz kimi, ötən gün müğənni Əli Mirəliyev “Bizimləsən” ictimai-sosial verilişinə zəng edərək həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən duet ortağı Yaqut Həşimova haqqında “Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı” şok iddialar səsləndirmişdi.
Mia.az Bizm.media-ya istinadla xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial proqramda qonaq olan Ə.Mirəliyev yenidən mərhumun bacısı Şəlalə Nəriman və onun valideynlərindən üzr istəyib.
Canlı efirdə müğənni Şəlalənin önünə gəlib. Mərhumun bacısı ayağa qalxaraq Əli Mirəliyevi qucaqlayıb.
Bundan sonra Şəlalə bildirib ki, Əli Mirəliyev bacısı Yaqutun məzarına gedərək, orada onun ruhundan üzr istədiyinə görə, valideynləri onun bağışlayıb. Onlar Ə.Mirəliyevi bağışladığı üçün o da onun üzrünü qəbul etdiyini bildirib.
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Öldürülən müğənninin bacısı Əli Mirəliyevlə barışdı - VİDEO
DİGƏR XƏBƏRLƏR
2024-11-25 16:49