İsrail ordusunun Qəzzanın şimalında daha 4 əsgər həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun Baş qərargahı açıqlama yayıb.

Açıqlamada o da qeyd olunub ki, İsrail qüvvələri mühasirəyə alınan bölgədə irəliləyir: "Qəzza zolağının şimal bölgəsi tamamilə mühasirəyə alınıb, ordumuz plana uyğun irəliləyir".

Ordudan bildirilib  ki, HƏMAS məhv edilənə qədər əməlyyat qətiyyətlə davam edəcək.

Xatırladaq ki, oktyabrın 7-də başlayan savaşdan bu yana İsrail ordusunun 335 hərbçisi həlak olub.

Firudin Səfərli

MİA.AZ