BMT növbəti dəfə İsrailə atəşkəs çağırışı edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstin üzrə kordinatorluğundan məlumat paylaşılıb.
Bildirilib ki, İsrail humanitar yardımın 300 min fələstinliyə çatmasına mane olur: "Biz İsrailin Qəzza zolağının şimalında keçirdiyi quru əməliyyatına görə təxminən 300 min məcburi köçkünə yardım göstərə bilmirik. Bu səbəbdən İsrailə təcili atəşkəs çağırışımızı təkrarlayırıq".
Zülfiyyə
MİA.AZ