Türkiyənin “SHOW TV” kanalında yayımlanan “Vaz Keçmə” adlı proqramda şok iddia səslənib.

Lent.az-ın xəbərinə görə, proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

Onun iddiasına görə, Doğuş, arvadı Xoşqədəm uşaqları onun əlindən ala bilər deyə, bu münasibətlərdən həmin qadının xəbər tutmasından çox ehtiyat edirmiş. 

Esranın sözlərinə görə, Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və o qadından çəkindiyini deyib.

Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını da dilə gətirib. Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş.

Esranın iddiasına görə, Doğuş arvadından boşanacağını və onunla evlənəcəyini vəd edibmiş.

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir.