"Cibaliye qaçqın düşərgəsində ölən, yaralanan və itkin düşənlərin sayı 1000-ə yüksəlib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzza Səhiyyə Nazirliyi "Facebook" səhifəsində yayıb.
Nazirlik sözçüsü Əşrəf əl-Qudra Bakı vaxtı ilə saat 04.47-dəki paylaşımda bildirib ki, Cibaliye qətliamında şəhid, yaralanan və itkin düşənlərin sayı 1000-i ötüb.
Xatırlaadq ki, İsrail ordusunun dünən də bu düşərgəni bombalayıb. Bundan bir gün əvvəl isə düşərgəyə hər biri bir ton olan 6 bomba atılıb. Nəticədə düşərgədə ölüm halları kəskin artıb.
Samir MUSAYEV
MİA.AZ