İYİ Partiyasının sədri Meral Akşener parlamentdə jurnalistlərin suallarına aşağılayıcı yanaşması media əhli tərəfindən qəzəblə qarşılanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisindəki partiyadaşlaır ilə toplantıdan sonra İYİ Partiyasının sədri Meral Akşener CHP-li millət vəkili və ATO sədri Sinan Aygünlə görüşdüyü iddiası ilə bağlı sual verən jurnalisti "danlayıb".

Akşener suala cavabda sərt tonda "Mətbuat mənsublarımızdan icazə almadığıma görə hamınızdan üzr istəyirəm. Bundan sonra hər görüşdüyüm adama görə "İcazə verirsinizmi?" deyə sizdən soruşacağam. Nə qədər hörmətsizlikdir. Gizli görüş yoxdur", - deyə cavab verib.

Akşenerə jurnalistlərı aşağılayan bu əsəbi cavabına isə media mənsublaırndan bir-birinin ardınca operativ etirazlar "yağıb".

Parlament Müxbirləri Birliyi də qısa bəyanat yayraq bildirib: “Parlament Müxbirləri Assosiasiyası (PMD) olaraq bir jurnalistin ictimailəşmiş bir hadisə ilə bağlı verdiyi suala cavab olaraq göstərilən münasibəti və istifadə edilən ifadələri pisləyirik”.

Xatırladaq ki, yayılan məlumata görə, Meral Akşener "Toqo Towers"də keçmiş CHP millət vəkili Sinan Aygün, Cəmil Çiçək və Abdülkadir Aksu ilə görüşərək, onlara 31 mart 2024-də keçiriləcək bələdiyyə seçkilərində İYİ partiyanın sıralarından bələdiyyə başqanlığına namizədlik təklifi edib.

Samir Musayev

MİA.AZ