Azərbaycanda 3,1 bal gücündə zəlzələ olub.
MİA.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.