Salyanda 32 yaşlı ər 25 yaşlı arvadını öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.