Hündür binalara dırmaşmaqla məşhur olan 30 yaşlı fransız sosial media fenomeni Remi Lusidi Honq Konqda yaşayış kompleksinin 68-ci mərtəbəsindən yıxılaraq faciəvi şəkildə ölüb.

Mia.az xarici mətbuata istinadla xəbır verir ki, Honq-Konqda "Tregunter Tower" kompleksinə qalxan 30 yaşlı Remi Lucidi 68-ci mərtəbədən yerə çırpılıb. 

"New York Post" qəzetinin məlumatına görə, sosial mediada "Remi Enigma" kimi tanınan Lusidi binanın mühafizəsini aldadaraq yuxarıya çıxıb: "O, 40-cı mərtəbədəki dostuna baş çəkməyə gəldiyini deyib. Lakin mühafizəçi adı çəkilən şəxslə əlaqə yaradanda, bəlli olub k, ona yalan məlumat verilib. Bir anlıq boşluqdan istifadə edən  Lusidi liftə daxil olub. O, 49-cu mərtəbəyə qalxıb, daha sonra pilləkənlərlə binanın yuxarı hissəsinə çıxıb. Sonra Lucidinin arxasınca gələn mühafizəçi binanın damına çıxışın lyukunun açıq olduğunu görüb. Ancaq fransız fenomeni damda tapmaq mümkün olmayıb".

Qəzet yerli polis idarəsinə istinadla yazıb ki, Lusidi saat 18:00 radələrində binaya daxil olub, 19:38-də isə o, binanın fasadından sallaqlı vəziyyətdə həyəcanla pəncərəni döyərək oradakı xidmətçidən kömək istəyib. Və həmin an da qolları boşalan yerə Lucidin yerə çırpılıb...

Zülfiyyə

MİA.AZ