Məşhur jurnalist Nagehan Alçı 13 ildir evli olduğu Beyaz TV-nin idman şərhçisi Rasim Ozan Kütahyalı ilə yazılı anlaşmayla boşanmağa qərar versə də, onun keçmiş ərindən tələb elədiyi təzminat və aylıq aliment tələbi Türkiyədə müzakirələrə səbəb olub.

Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, qardaş ölkədə bir idman şərhçisinin bu qədər var-dövləti neçə qazanması sualları artmağa başlayıb.

Xatırladaq ki, Nagehan Alçı Kütahyalıdan 40 milyon lirə təzminat, həmçinin aylıq 60 min lirə aliment tələb edib.

Məsələ ilə bağlı Jurnalist Alçı sosial şəbəkələrdə gündəmdə olan əmlak mübahisələri barədə açqılama yayıb.

daha dəqiq, bu barədə onun vəkili Gözde Egemen boşanma prosesinin razılaşma yolu ilə davam etdiyini vurğulayaraq, Kütahyalıdan tələb edilən 40 milyon TL-nin “mülk paylaşma tələbi” olmadığını, 10 milyonunun maddi, 30 milyonunun isə mənəvi təzminat tələbi olduğunu bildirib.

Vəkil qeyd edib ki, 40 milyon TL təzminat tələb etmək o demək deyil ki, bu, Ailə Məhkəməsi tərəfindən qəbul olunacaq: "Ailənin sərvətlərinə gəlincə, müvəkkilim Nagehan Alçının ailəsindən miras qalmış və hələ də adına köçürülməmiş varlıqları var. Bununla belə Rasim Ozan Kütahyalı heç vaxt özünü müxbir və ya jurnalist kimi tanıtmayıb, o, jurnalistika peşəsinin üzvü deyil. Rasim Ozan Kütahyalı illərdir Türkiyənin ən məşhur televiziya proqramlarında şərhçi olmuş, bir çox reklamlarda çəkilmiş televiziya ulduzudur. Müvafiq olaraq, müvəkkilim Nagehan Alçı Kütahyalı ilə müttəhim Rasim Ozan Kütahyalının qazanc və aktivlərinin onların jurnalistika və müxbir peşəsi maaşları ilə əlaqəli deyil...".

Ləman

MİA.AZ