Polşada bloger öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mikolay Baxos adlı şəxs Poznan şəhərinin turizm bölgəsində otelin qarşısında keçmiş sevgilisi Julia Harmaciska və nişanlısı Kordian Domaqanın qəfil qarşısına çıxaraq dəhşət saçıb.

O, bir neçə saniyəlik mübahisədən sonra silahını çıxararaq 30 yaşlı bloger Domaqanı öldürüb. 

Keçmiş sevgiliisinin bağırtılarından az sonra isə o, özünün də canına qıyıb. 

Yeürki polisin məlumatına görə, hər iki şəxs elə hadisə yerində ölüb.

Xatırladaq ki, Domaqa Polşada tanınan bloger və rəssam olmaqla yanaşı, yerli bələdiyyənin məclis üzvü kimi də çalışıb.

Tahir Şəlvəli

Mia.az