“Azercell Telekom” ənənəsinə sadiq qalaraq 22 iyul Milli Mətbuat və Jurnalistika Günündə media işçilərini özünəməxsus şəkildə təbrik edib.

Mia.az xəbər verir ki, jurnalistlərin peşə bayramı münasibətilə 22-23 iyul tarixlərində “Mediacell” tarifinin bütün istifadəçilərinə və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına  Azercell-dən 5 GB mobil internet paketi hədiyyə veriləcək.

Media nümayəndələri hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə biləcəklər. 

Lider mobil operator vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovu hər zaman  dərin ehtiramla yad edir, onların ailə üzvlərini diqqətdən kənarda qoymur. 

Qeyd edək ki, “Azercell Telekom” ölkəmizdə jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib, onlar üçün davamlı şəkildə ingilis dili kursları təşkil edir və xüsusi güzəştli “Mediacell” tarif paketi təqdim edir.

Azercell ölkə və dünya gündəmində olan məsələləri işıqlandıran, bu sahədə çalışan bütün jurnalistləri və media əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır!