Müğənni Yaşar Cəlilov bir neçə gündür ki, Bakıdan kənardadır. O, Gürcüstanın Batumi şəhərinə yollanıb.
Müğənni Mia.az-a açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini
açıqladı: "Gürcüstana gəlməyimin səbəbi biznes məsələləri ilə bağlıdır. Üç
gündür Batumidə bu barədə danışıqlar
gedir. Biznesin hansı sahədə olmasını hələlik sirr saxlayıram. Təkcə onu deyə
bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də
mənə doğma olacaq”.
Y. Cəlilov yaxın
günlərdə Vətənə dönəcəyini bildirdi. O, dinləyicilərə və tamaşaçılara bir müddətdir
üzərində işlədiyi layihəsini də təqdim edəcəyini dedi.