19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək.

Mia.az xəbər verir ki, yığma Gürcüstan və Belarusun U-19 komandası ilə qarşılaşacaq.

Komanda iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələdə təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində Gürcüstanla iyunun 16-da, Belarusla isə bundan dörd gün sonra oyun olacaq.

Təlim-məşq toplanışına 24 oyunçu çağırılıb. Onlardan ikisi ölkə xaricində legioner həyatı yaşayır.

U-19-un heyəti: Samir Ağayev, Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, İlkin Budaqov, Sənan Ağalarov (hamısı “Qəbələ”), Aslan Şirinov, Rüfət Abbasov, Murad Məmmədov (hamısı “Neftçi”), Rəvan Mirzəmmədov, Tuncay Cəfərli, Fəxri Məmmədli (hamısı “Sabah”), Sadiq Məmmədzadə, Zaman Zamanlı (hər ikisi “Səbail”), Ayxan Qocayev, Nihad Əhmədzadə (hər ikisi “Sumqayıt”), Musa Məmmədov, Elton Mikayılov (hər ikisi “Qarabağ”), Xəyal Fərzullayev (MOİK), Edqar Adilxanov (“Şamaxı”), Murad Ələkbərov (“Zirə”), Sadiq Şəfiyev (“Turan Tovuz”), Raul Hacıyev (“Rustavi”, Gürcüstan), Nahid Əliyev (“Dinamo”, Sankt-Peterburq, Rusiya).