Prezident Rəcəb Tayyib Ərdoğan Baş qərargah rəisi Yaşar Gülər Milli Müdafiə naziri təyin etməsndən sonra gözlər onun boşalan postuna kimin təyin olunacağına yönəlmişdi.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Admistrasiyası tviter-də rəsmi məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın səərbxamı ilə bu vəözifədə müvəqqəti olaraq, Quru Qoşunları komandanı general Musa Avsevera həvalə olunub.
Xatrladaq ki,Musa Avsevər 7 noyabr 1957-ci ildə anadan olub.O, 1974-cü ildə Kuleli Hərbi Liseyini, 1978-ci ildə Hərbi Akademiyanı bitirib. 2003-cü ilə qədər Türkiyə Quru Qoşunlarının müxtəlif bölmələrində qərargah və qitə vəzifələrində çalışıb. 2003-cü ildə briqada generalı rütbəsinə yüksəlib, 2016-2021-ci illərdə 1-ci Orduya komandanlıq edib. 2021-ci ildə Türkiyə Quru Qoşunları komandanı təyin olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın 5 iyun 2023-cü il tarixində Baş Qərargah rəisi Yaşar Güləri Milli Müdafiə naziri təyin etməsi ilə ondan boşalan postda əvəzedici olaraq Musa Avsevər gətirilib.
Samir Musayev
MİA.AZ