Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.