Aprelin 14-də "SHOW TV"də özəti yayımdaykən Türkiyə Radio və Televiziya Üstü Şurasının (RTÜK) qərarı ilə qəfil yayımı dayandırılan "Kızılcık Şerbeti" serialı ilə bağlı yeni xəbər var.

Mia.az xəbər verir ki, RÜTK-in qərarı ilə 1.5 milyon lirə pul cəriməsi ilə bərabər, 5 bölümün yayımına qadağa qoyulması serialın aktyor və aktrisa heyətinin maddi durumuna da ciddi təsir göstərib.

Türkiyə mediasiı yazır ki, serialı çəkən şirkət heyətə bu müddətdə qonarar ödəyə bilməyəcəyini rəsmən bəyan edib. Bu isə aktyor heyətinin pulsuz qlaacağı deməkdir.

Bundan əlavə, seçkiqabağı belə seriallar arasında artan reklam gəlirlərini də nəzərə alınsa, "Show TV"nin bu məşhur seriala tətbiq olunan qadağaya görə ciddi maliyyə itkisi ilə üzləşəcəyi iddia olunur.

Mədəniyyət yazarı Birsen Altuntaş sosial şəbəkə hesabında yazıb ki, bu səbəbdən kanal filmi çəkən şirkətlə anlaşaraq mayın 19-dak yayımı qadağan olunan serialın yaradıcı heyətinə pul ödəməyəcək.

Ləman

MİA.AZ