Barəsində martın 1-də 4 ay 15 gün həbs qərarı verilən, lakin yaddaş pozğunluğu səbəbindən cəzasə təxirə salınan məşhur şoumen Mehmet Ali Ərbil ötən axşam iftar məclisində jurnalistlərlə söhbətində müğənnilər haqqında danışıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, son vaxtlar seriallarda öpüşmə səhnələrinin artmasını müsbət dəyərləndirib.

66 yaşlı Mehmet Ali Erbil Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın öpüşmə səhnələrinə heyran qaldığını da gizlətməyib: "Artıq Serenayı öpə bilmirəm, öpdülər onu. Amma əgər hansısa bir klipdə öpüşmə təklifi gələrsə və məndən kimi deyirsən soruşsalar, Aleyna Tilki deyərdim...”.

Xatırladaq ki, martın 1-də  Anadolu 67-ci Cəza Məhkəməsinin hökmünə əsasən, Mehmet Ali Ərbilona 4 ay 15 gün həbs cəzası ilə yanaşı, pul cəriməsi kəsilib. O, bloqer Ece Ronay Biliri təhdid və zorlamada ittiham olunub. 

Ləman

MİA.AZ