"Biz bu ölkəni sevirik, qardaş. Heç kim bunun əksini iddia edə bilməz" deyərək, Türkiyə İşçi Partiyasının (TİP) siyahısı ilə Muğladan parlament seçkisinə qatılan məşhur aktyor Mehmet Aslantuğ Tvietr-də yeni hesab açıb.
Mia.az xəbər verir ki, o, yeni açdığı hesabından ilk paylaşımında "İndi ləyaqət zamanıdır" başlıqlı təbliğat paylaşımı edib:
"Salam. Zaman tənqid deyil, dəyişdirmə zamanıdır. Zaman əsla alınıb-satılamayacaq gözəl uşaqlarla çiyin-çiyinə vermə zamanıdır Və zaman siyasət deyil, ləyaqət zamanıdır".
Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdə məmurların yarıtmaz əməlləri barədə tənqidlər yağdıran ustad aktyor buna görə TRT-də yayımlanan "Yürek Çıkmazı" serialından uzaqlaşdırılıb.
Ləman
Mia.az