Şirvanın
icra başçısı Mərdan Camalovun qoçu dəstəsi may ayının 10-da pia.az xəbər
portalının rəhbəri Azər Qaramanlını döydürmək istəyib.
Bu barədə Mia.az-a məlumat verən həmkarlarımızdan biri
deyib ki, buna səbəb Azər Qaramanlının mayın 10-da Şirvanda keçirilən toyda
etdiyi çıxışı olub: «Həmin günü Xalqxeber.az xəbər portalının baş
redaktorunun oğlunun kiçik toy məclisi vardı. Toyda bir nəfər çıxış edərək
müdafiə sənayesi naziri Yavər Camalovu və onun Şirvanın icra başçısı olan
qardaşı Mərdan Camalovu tərifləməklə yanaşı, jurnalistlərin ünvanına təhqiramiz
fikirlər səsləndirdi. Həmin şəxsin çıxışından sonra Azər Qaramanlıya söz verildi.
O, jurnalistlərə qarşı təhqirləri qəbul etmədiyini və əslində, nazir və onun
Şirvanın icra başçısı olan qardaşının cəmiyyətə böyük zərərlər vurduğunu dedi.
Və hər şeydə bundan sonra başladı».
Məlumata görə, bundan sonra tərəfləri
sakitləşdiriblər. Lakin toydan çıxandan sonra Azər Qaramanlıya hücum cəhdi
olub: «Toy sahibləri Azər Qaramanlıdan və jurnalistlərdən üzr istəyərək, təcili
şəhəri ehtiyatlı şəkildə tərk etməyi xahiş ediblər. Lakin yolda dəmir parçaları
illə silahlanmış iki müxtəlif markalı maşındakı qoçu dəstəsi jurnalistləri təqib edərək, maşını saxlatmağa və Azər Qaramanlıya yenidən hücum etməyə
çalışıblar. Lakin jurnalistlər təqib və təhdidlərdən manevr etməklə, yayına
biliblər. Onlar cəhdlərə baxmayaraq, maşını saxlamayıb. Belə təhlükədən qurtulmağa
nail olublar».
Məsələylə bağlı tərəflərin hər birinn dinləməyə hazırıq.