Bu gün Prezident İlham Əliyev Vergi Məcəlləsinə qəzet və saytlara güzəşti özündə əks etdirən dəyişiklyi təsdiqləyib.
Mia.az xəbər verir ki, medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmaq məqsədiylə media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.
Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.
***
Prezident İlham Əliyev Vergi Məcəlləsinə daha bir dəyişikliyi də təsdiq edib.
Mia.az xəbər verir ki, yeni dəyişikliyə əsasən, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.
MİA.AZ