Məşhur aktyor və komediya ustası, daha çox "Receb İvedik" kimi tanınan Şahan Gökbakar YSK-nın (MSK) prezident Ərdoğanın namizədliyi ilə bağlı 3-cü dəfə edilən etirazları rədd etməsindən sonra diqqətçəkən paylaşım edib.
Mia.az xəbər verir ki, o, tviter-dəki səhifəsində qarpız şəkili paylaşaraq yazıb: "Dostlarımla apardığım müzakirələrdən sonra fotoda gördüyünüz meyvənin açıq və dəqiq olaraq manqo olduğuna yekdilliklə qərar verdik".
Xatırladaq ki, MSK İYİ partiyanın Ərdoğanın 3-cü dəfə prezidentliyə namizəd olmasının qanunsuz olduğunu iddia etdiyi şikayətini dünən rədd edib.
Ləman
MİA.AZ