"Derviş Bey" filminin "Karaca"sı, "Deli Deli Küpeli" filminin "Hatice"si kimi unudulmaz obrazları canlandıran Melike Zobunun yeni görüntüləri sevənlərinin diqqətini çəkib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə kinosunda böyük izlər buraxan və 1978-ci ildə türk filmlərinin "gözəl üzü" seçilən Melike Zobunun bu günlərdə sosial mediada yayılan fotoları böyük marağa səbəb olub.
İzləyiciləri "heç dəyişməyib" kimi rəylər yazaraq 59 yaşlı məşhur aktrisaya təriflər yağdırıblar.
Xatırladaq ki, Melike Zobu 1989-cu iləd hvəskar aktyor Hakan Kalkavanla ailə qurduqdan sonra səhnə ilə vidalaşıb.
Ləman
Mia.az