Haberturk TV-də Fatih Altaylının verilişində qonaq olan məşhur aktrisa Deniz Çakır bir müddətdir sevgili olduğu Bilgehan Baykalla evlənmək qərarına gəldiyini təsdiqləyib.

Mia.az xəbər verir ki, o, bu barədə suala cavabda ""Birdən insanların həyatına doğru insanlar girə bilir", - deyərək, yaxın vaxtlarda nigaha girəcəklərini gizlətməyib.

Deniz Çakır zəlzələdən  sonra ölkənin mədəniyyət sahəsində yaranan boşluğa da toxunub. Deyib ki, zəlzələd hamını yasa boğsa da, bu matəm hissindən çıxmaq vacibdir: "Zəlzələdən dərhal sonra bizə çıxış tamaşalara, filmlərə, zatən, bunu edə bilməzdik. Ruhumuz buna imkan verə bilməzdi. Çünki hamımız viran günə düşdük. Dəhşətli hadisələr yaşadıq, yaşayırıq. Maddi və mənəvi olaraq əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Ancaq zəlzələdən bir ay keçdi və artıq normal həyata dönmək zorundayıq. Buna məcburuq. Bəzi bələdiyyələrin salonları boş olsa da, məhəllə basqılarından qorxaraq tearlara belə işləməyə icazə vermirlər. Halbuki, bu, insanların dolanışığıdır, teatra sirk kimi necə baxırlar?".

Ləman

Mia.az