İstanbul prokurorluğu məşhur model Deniz Akkaya haqqında cinayət işi açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, təhqir, təhdid, böhtan, xalqa yalan məlumatvermə, işgüzar nüfuza zərbə və sair şikayətlər üzrə prokurorluğa çağırılıb.

Məlumata görə, o, prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.

Türkiyə mətbuatı yazır ki, ittiham təsdiqlənərsə, modelin 13 ilədək həbsi tələb oluna bilər.

Məlumata görə, model Deniz Akkaya zəlzələyə yardım toplayan "Ahbap" dərnəyinin rəhbəri, müğənni Haluk Leventlə biznesmen Sezgin Baran Korkmazı zəlzələdən sui-istifadə edərək "çirkli pulları yumaq"da ittiham edib.

O, hətta bir qədər də irəli gedərək, adıçəkilənlərin birgə fotosunu paylaşaraq "İki ay öncə dolandırdığınız insanlar TV-lərin efirlərinə çıxmağa hazırlaşır...", - kimi təhdidlər belə edib.

Ləman

Mia.az