FOX TV-də yayımlanan "Yasak Elma" serialının baş rol ifaçılarından Eda Ece Ankaraya gedərək "Anıtkabir"i ziyarət edib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında video paylaşann aktrisa Atatürkün məzarı üstə ağlayıb.

O, ağlamağı ilə bağlı bildirib ki, "Anıtkabir"də ürək sözlərini yazarkən zəlzələdə həlak olanları da xatırlayaraq duyğulanıb: "Belə bir ağır ayda "Anıtkabir"də olmaq çox yaxşı gəldi. Bu gün Atam (Atattürkü nəzərdə tutur - Mia.az) barədə ürək sözlərimi yazarkən əllərim titrədi, güclə ifadələrimizə nöqtə qoya bildim. Əmanətinə sahib çıxa bilirikmi? O an bunu da düşündüm və dedim: bu gözəl ölkə üçün sənə minnətdarıq. Əmanətin olan Türkiyə sonsuzadək yaşayacaq, bizlər buradayıq. Rahat yat, ATA...''

Ləman

Mia.az