Tez-tez xaricə gedən və oradan tətil paylaşımları ilə diqqət çəkən "Miss Türkiyə 2018"in qalibi Şevval Şahin qatıldığı bir TV proqramda  verdiyi açıqlama kəskin etirazlara səbəb olub

Mia.az xəbər verir ki, Şevval Şahin açıqlamasında Türkiyənin sevmədiyini deyib: "Düzü, burda 3 ay qalanda çox sıxılıram. Özümü bu ölkəyə aid hiss etmirəm. İstanbulda özümü həmişə bir turist kimi hiss edirəm...".

Onun bu sözləri izləyicilərin kəskin narazılığına sıəbəb olub. 

Artıq sosial şəbəkədə ona qarşı "bəyənmirsən, çıx get buradan", "Bu sözləri deyərkən utanmırsanmı?" və bu sair kimi replikalar ataraq, onu tənqid atəşinə tutublar.

Ləman,

MİA.AZ