Kahramanmaraşda dağıntılar altında qalan 5 yaşlı Yağmurun atası və xilasedicilərə dediyi sözlər qardaş ölkədə gündəm olub.
Mia.az xəbər verir ki, xilasedicilərin çökən binanın dağıntıları altında qalan 5 yaşlı qıza yetişməsindən sonra həyəcanlı anlar başlayıb.
Bu müddət ərzində atası körpəsinə ürək-dirək verib, onu söhbətə tutub: "Bax, qızım, artıq səni qurtarmaq üçün betonu qırıblar. indi səni oradan çıxaracağıqr. Mən sənə soyuq olmasın deyə burada oturmuşam. Küləyin, soyuğun qarşısını kəsmişəm, qorxma, yavrum...".
4 dərəcə şaxtalı havada dağıntı altında qalan Yağmurun "Ata, çox üşüyürəm, əllərim ağappaq olub, anama getmək istəyirəm", - deyə atasına verdiyi cavab isə milyonlarla türkü göz yaşlarına qərq edib.
Xatırladaq ki, körpə 3 saatlıq çaşışmadan sonra dağıntı altından salamat çıxarılıb.
AFAD-ın yerl şöbəsindən verilən məlumata görə, Yağmurun vəziyyəti yaxşıdır: "O, tədbir məqsədiylə bir neçə gün xəstəxanada qalacaq".
Ləman,
Mia.Az