"İlham Əliyev qardaşımla da telefonla danışdım".

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri zəzlzələ bölgəsi Kahramanmaraşda olan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, burada da bir fəlakətdə İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer alıb: "Şəxsən özüm adımdan başda İlham Əliyev olmaqla burada çalışan heyətə təşəkkür edirəm".

Bölgədəki vəziyyətdən danışan Ərdoğan bildirib ki, dağıntı altında qalanların çıxarılması və əhalinin təxliyəsi davam edir: "Əhalinin istər burada, istərsə də digər şəhərlərmzidə yerləşdirilməsinə hər cür dəstək veriləcək. Artıq Mersin, Antaliya və başqa şəhərlərimzidəki otellərlə danışmışıq, vətəndaşlaırmız müvəqqəti oralarda yerləşdiriləcək, onların zəruri ehtiyacları da qarşılanacaq. Ayrıca, hər bir ailəyə 10 min tl yardım veriləcək".

Samir Musayev

Mia.az