İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini, "Həftənin yekunu” verilişinin aparıcısı avtomobil qəzası törədib.
AzNews.az-a daxil olan məlumata görə, Sumqayıtda gecə saat 2-də baş verən hadisə zamanı Şaiq Məmmədovun idarə etdiyi 90 AF 501 nömrə nişanlı, İTV-yə məxsus olan "Honda Accord” markalı avtomobil yararsız hala düşüb. Qəzaya düşən avtomobildə direktor müavini ilə yanaşı İTV-nin başqa departament rəhbərlərindən biri də olub.
Gecə saat 2 radələrində İTV-nin rəhbər şəxslərinin xidməti avtomobillə Sumqayıta nə üçün getdikləri isə hələlik bəlli deyil. Qəza Daxili İşlər Nazirliyinin yol-hərəkəti qaydalarının pozulması ilə bağlı xronikada yer almadığından rəsmi qurumlar qəza ilə bağlı AzNews.az-a heç bir açıqlama vermədilər.
Xatırladaq ki, Şaiq Məmmədov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktor müavini, beynəlxalq proqramlar baş redaksiyasının baş redaktoru, ingilis dilində "Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı vəzifələrində çalışıb. O, bir müddət APA İnformasiya Agentliyində də ingilis dili üzrə redaktor vəzifəsində də çalışıb.
İTV-də direktor müavini təyin olunandan sonra şirkətdə kadr siyasətinə onun nəzarət etdiyi bildirilir.
İTV-nin direktor müavini qəzaya düşdü
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48