Dünən İstanbulda yaşanan güclü külək və qar səbəbindən Bakıya uça bilməyən təyyarə bu gün saat 19.30-da Bakıya eniş edib.

Bu barədə Mia.az-a məlumat verən sərnişinlərdən biri deyib ki, bu dəqiqələrdə Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş ediblər.

***

Xəbər verdiyimiz kmi, dünən İstanbulda yaşanan güclü külək və qar səbəbindən Bakıya uçacaq təyyarələr vaxtında qalxa bilməyib.

Mia.az xəbər verir ki, həm 19.50, həm də ondan 3 saat sonrakı uçuşlar təxirə salınıb.

Bu barədə Mia.az-a məlumat verən sərnişinlərdən biri deyib ki, onlar dünən axşam BUTA işçiləri tərəfindən hotellərə yerləşdirilib, qida ilə təmin olunublar: "Bakı vaxtı ilə saat 13.30 radələrində sərnişinlər hotedən hava limanına gətirilib. Güman olunur ki, axşam Bakıya gələ biləcəyik".

Həmsöhbətimiz hazırda İstanbuld ahavanın normal olduğnu deyir.

***

Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan təyyarə bu ölkənin paytaxtı Ankarada enməli olub.

“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, "Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Mia.az-ın məlumatına görə, bu gün saat 19.50-yə Bakıya olan reys hazırda ləngiyib. "Buta" əməkdaşları Sabiha Gökçen aeroportunda olan bilet sahibləri ilə əlaqə yaradıb, onlara qida paylanacağını deyiblər. Əlavə olunub ki, ləngimə uzanarsa, sərnişinlər gecələmək üçün otellə təmin olunacaqlar.

İstanbul valiliyi isə güclü qar və çovğunun sabah da davam edəcəyini elan edərək, fevralın 6-ı üçün orta məktəblərdə dərsləri də qapadıblar, əhaliyə ehtiyatlı olmaq tapşrılıb.

Bu isə hava limanlarının da fəaliyyətinin bərpasını sual altına salıb.

****

Mia.az xəbər verir ki, İstanbuldan Bakıya nəzərdə tutulan axşam reysi naməlum vaxta təxirə salınıb.

"Artıq hava limanında olan sərnişinlər hotelə yerləşdirilir. Onlara "sizə uçuş vaxtı barədə əlavə məlumat veriləcək, - deyə bildirilib.

Zülfiyyə,

Mia.az