Xocalıda şirlkət maşını dərəyə yuvarlanıb, vəzifəli şəxs yaralanıb.

Mia.az xəbər evrir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlama yayıb.

O bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi " Hyundai" markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşmış, nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib. Fakla bağlı araşdırma aparılır