Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilən təqsirləndirilən şəxs vəfat edib.

DİN-in mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) maddəsi ilə təqsirləndirilən 1994-cü il il təvəllüdlü Təbriz Şəfiyev istintaq təcridxanasına aparılarkən narkotik vasitələrin aludəçisi olduğundan səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.