Bu gün Kiprdən vətəni Türkiyəyə dönərkən İstanbul hava limanında saxlanılan məşhur modelyer Barbaros Şansal Türkiynin güc qurumlarını "aşağılamaq , onları cəmiyyətin gözündən salmaq" ittihamı ilə prokurorluğa aparılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözçü" qəzetinə açıqlama verən modelyer günahsız olduğunu deyib: "Məni olmayan saxta Hacebook hesabına görə saxlayıblar. Hamı bilir ki, mənim Facebook-da hesabım yoxdur. Adıma açılan saxta profildən kimlərsə nə gəldi yazıblar. Bundan da şikayət edənlər var. Yəni, bunun mənə aidiyyatı yoxdur. Düşünürəm ki, ifadəmi aldıqdan sonra məni buraxcaqlar".

Zülfiyyə,

Mia.az