ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokmanx Azərbaycana gəlib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bldirilib ki, o, burada IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək, Azərbaycan rəsmiləri ilə görüşərək müzakirələr aparacaq: "Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək".

Zülfiyyə