Almaniyanın “Bild” qəzetinin son sayında Türkiyə və onun prezident Ərdoğanla bağlı maraqlı təhlil yer  alıb.

Mia.az xəbər verir ki, "Türkiyənin ikili oyunu: Ərdoğan Putinəq arşı sanksiyalarından belə faydalanır" başlıqlı yazının müəllifi Mark Oliver Rühledir.

O, məqaləsində Ukrayna-Rusiya müharibəsi və ondan sonra baş verənləri təhlil edib.

Yazının ana xəttinə əsasən, Ərdoğan bu savaşdan çox karlı çıxıb: "Bu savaş başlayan bəri Türkiyə Rusiya sərmayələri üçün mühüm mövqeyə gəlib. Hətta Rusiya Almaniyanı ötərək, Türkiyənin ən böyük ticarət tərəfdaşı olub. Hətta Türkiyə Rusiyaya bəzi avadanlıq və texniki detalların satıçı üzr də rekord qazanc əldə edib".

Təhlilə görə, Türkiyə ilə Rusiya arasında ixrac və idxal rəqəmləri son bir ildə iki dəfə artıb.

Dünyaca məşhur kurort olan Bodrumdakı dəbdəbəli ticarət mərkəzlərində rus dilində lövhələrin olduğu diqqətə çatdırılan məqalədə rus oliqarxlarının  möhtəşəm yaxtalarının Türkiyə limanlarında lövbər salmasına da xüsusi vurğu qoyulub. 

Ankaranın Qərb ölkələrinin Moskvaya tətbiq etdiyi sanksiyalara qoşulmadığını xatırladan müəllif bunun Türkiyə üçün çox faydalı olduğunu qeyd edib: "Bəli, Türkiyə son bir ildəki vəziyyəti bir çox cəhətdən öz xeyrinə çevirdi. Ərdoğanın yürütdüyü siyasətlə Ukrayna savaşının qalibi oldu. Bu, mübahisəsizdir, Türkiyə savaşın nəticəsindən aslı olmayaraq, birmənalı qalibdir".

Samir Musayev,

Mia.az