Ötən gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşdə Azərbaycan və bölgə ilə bağlı maraqlı açıqlamalar verib.

Mia.az xəbər verir ki, türk dövlətləri ilə münasibətlərə toxunan prezidentin sözlərinə görə, dostluq əlaqələri üst mərhələyə daşınıb: "Biz başda Azərbaycan olmaqla, heç bir türk dövlətini tək qoymayacağıq".

Ərdoğan Ukrayna ilə savan Rusiya ilə münasibətlərin qarşılıqlı etibar şəkilində davam etdiyini bildirib: "Rusiya ilə münasibətlərimizdə bizim qarşılıqlı hörmətimiz, inamımız var. Cənab Putinlə münasibətlərim isə dürüstlüyə əsaslanır. Tatarıstandan Dağıstana və bütün o bölgələrlə bağlı bizim müraciətlərimizə uyğun cavab var. Hazırda Suriyanın şimalında baş verən proseslərlə əlaqədar hər nə qədər istədiyimiz nəticəni əldə edə bilməsək də, Rusiya, Türkiyə, Suriya olaraq üçtərəfli formatda görüşlərin keçirilməsini müzakirə edirik. Biz regionumuzda sakitliyin bərpa olmasını istəyirik".

Daha sonra Fransa Prezidenti Emmanuel Makronla bağlı suala cavab verən Ərdoğanın sözlərinə görə, Makron və Fransa dünyadakı etibarnı, mövqeyini  sürətlə itirir: "Baxın, Fransa Afrika ölkələrini istismar edir. Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. Burkina Faso bunun üçün Fransaya bir ay vaxt verdi.  Toqo da eyni addımı atacaq. Mənim Fransa lideri ilə çoxlu görüşləri olub. Onlar səmimi deyillər. Mən açıq deyirəm. İndi danışdığımız hər şey onlara çatacaq. Biz siyasət dürüstlük üzərində qurulmasını istəyirik. Dürüstlük olmayan yerdə etibar yoxdur".

Samir,

Mia.az