ANS-in əməkdaşı parlament müxbirlərinə "gözdağı" verdi - Açıqlama
Milli Məclisin mayın 2-də keçirilən iclasına buraxılmayan ANS TV-nin parlament müxbiri Ləman Ələşrəfqızı açıqlama verib.
"Açığı mən bu haqda danışmaq istəmirəm” - deyən, xanım jurnalist dünən hazırladığı süjetinin birinci cümləsindən onun Milli Məclisə gedib, geri qayıtmasının məlum olduğunu bildirib: "Mən parlament müxbirlərinin fəaliyyətinin də deputatların fəaliyyətindən fərqli olduğunu zənn etmirəm. Su axıb, çuxurunu tapıb. Mən ora yad planetdən düşmüşdüm”.
Qeyd edək ki, Ləman Ələşrəfqızı parlamentin ötən iclasında deputatların bir-birlərinin və MM-ın aparat əməkdaşının deputatların əvəzinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlamışdı(musavat.com).
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13
2026-03-06 22:56