Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək.

Mia.az xəbər veirr ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1500 manat cərimələnəcək.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media Haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək/Report.