Aparıcı Aytən Səfərova Azad Azərbaycan televiziyasında yayımlanan “Bizimləsən” verilişinin aparıcı Zaur Baxşəliyevin müdafiəsinə qalxıb.

Mia.az xəbər verir ki, adıçəkilən verilişin aparıcısı Zaur Baxşəliyevin canlı yayımda yüksək səslə operatorun üstünə qışqırmasına toxunan aparıcı Aytən Səfərova ona haqq qazandırıb:

 “...bu işdir. Peşəkarlar da öz ətraflarını peşəkarlaşdırırlar, amma anlayanlar çox azdır. Zaur Baxşəliyevə səbr diləyirəm. Bu gün televiziyalar naşılarla doludur. Amma daha betəri onlar öyrənmək istəmirlər. Anlamırlar ki, peşəkar aparıcının sözlərini həmişə yadda saxlamalısan. Əgər artıq efirdə bu irad tutulursa, operatora, görün, bu günədək efirdən kənar nə qədər irad tutulub ki, aparıcı artıq cana yığılıb”.