"Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlu Daxili İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "musavat.com”a jurnalsit özü məlumat verib. Onun sözlərinə görə, nazirliyə çağırılmağı "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun daxili işlər naziri Ramil Usubova müraciəti ilə bağlıdır: "Bu gün nazirliyin əməkdaşı Elxan Süleymanov mənə zəng vurub dedi ki, mayın 2-i, saat 10-da DİN-də olun”.
Qeyd edək ki, "Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.