ADP-nin mərkəzi qərargahında bu partiyanın rəhbərliyi ilə Vətəndaş və İnkişaf Partiyasının rəhbər şəxsləri arasında görüş keçirilib.   

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və siyasi partiyalar arasında əməkdaşlıq mövzusunda geniş fikir mübadiləsi aparılıb.   Toplantı zamanı ölkə və yaşadığımız bölgədə baş verən son siyasi hadisələrin Azərbaycana təsiri dəyərləndirilib, hadisələrin diqqətlə izlənməsinin vacibliyi qeyd olunub və  Azərbaycanın siyasi qüvvələrinin milli maraqlar baxımından yaxından əməkdaşlıq etməsinin zəruriliyi bir daha vurğulanıb.   Toplantıda həmçinin ADP-VİP əməkdaşlığına dair ötən həftə bəzi media qurumlarında yayılmış yanlış məlumatlar təkzib edilib və aparılan danışıqların məqsədinin hər iki partiyanın yaxın keçmişdəki əməkdaşlıq təcrübəsinin uyğun formatda davam etdirilməsi olduğu qeyd edilib. Görüşdə ADP-nin sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev və hər iki partiyanın rəhbər heyətinə daxil olan şəxslər iştirak edib.