Mətbuat Şurası və Vergilər Nazirliyinin "Vergilər” qəzeti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

 Mətbuat Şurasından verilən məlumata görə, Mətbuat Şurasında müsabiqə çərçivəsində yazıların qəbuluna mayın 1-də başlanacaq və yazıların qəbulu üçün ayrılan müddət mayın 31-də bitəcək.

Müsabiqənin nəticələri iyunun 10-dək açıqlanacaq.

Qaliblər pul mükafatı (I yer (3) - 800 manat, II yer (3) - 500 manat, III yer (3) - 300 manat) ilə mükafatlandırılacaqlar.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.