Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Şimali Makedoniyadan olan həmkarı Bujar Osmani ilə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.