"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daşımaçılıq şirkəti "İctimai Televiziya və Radio Yayımları” şirkətindən gördüyü iş müqabilində pul tələb edir.
Tərəflərin mübahisəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Blue Water Shipping Caspian Ltd” baş ofisi Danimarkada olan məşhur daşımaçılıq şirkətidir. Şirkətin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. İctimai Televiziya və Radio Yayımları şirkətinin LTD ilə borc mübahisəsinin İsmayıl Ömərov, yoxsa indiki rəhbərlik dövründə yarandığı bilinmir.