Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə H.Hacıyev tviterdə paylaşım edib.

O bildirib ki, ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini C.Kahl arasında keçirilmiş görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.