Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Mia.az xəbər verir kiə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama yayıb.

O bildirib ki, Vüsalə Qasımova etiraf edib ki, instaqram və "Tik-tok" sosial şəbəkələrində 80-100 nəfərə yaxın şəxsin onlayn lotereya oynamaq adıyla 200 manatını alaraq aldadıb.

Araşdırmalar davam etdirilir.